12 qadını qarət edən Bakı sakini saxlanılıb

12 qadını qarət edən Bakı sakini saxlanılıb
  18 Oktyabr 2018    Oxunub:2764
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.

​Araşdırma aparılır.

Azvision


Teqlər: Bakı   Oğurluq   DİN  





Xəbər lenti