Lənkəranda yanğın - 1 nəfər xəsarət alıb

Lənkəranda yanğın - 1 nəfər xəsarət alıb
  18 Oktyabr 2018    Oxunub:2765
Lənkəran şəhərinin Lüvəsər kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Azvision FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision


Teqlər: FHN   Yanğın   Lənkəran  





Xəbər lenti