Qərargah: Sürüşmə zonasında çatlar böyüyüb

Qərargah: Sürüşmə zonasında çatlar böyüyüb
  19 Oktyabr 2018    Oxunub:2789
Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Azvision.az


Teqlər: ETSN   Badamdar   Sürüşmə  





Xəbər lenti