Zəhərlənən gəmiçilərdən 5-i evə buraxılıb

Zəhərlənən gəmiçilərdən 5-i evə buraxılıb
  19 Oktyabr 2018    Oxunub:3001
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən gəmiçilərdən 5-i evə buraxılıb.
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, Mərkəzdə qalan digər gəmiçilərin vəziyyəti orta ağırdır və müalicələri davam edir.

Qeyd edək ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində kütləvi zəhərlənmə olub. Nəticədə 3 İran vətəndaşı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi   “Nazmehr”  





Xəbər lenti