Zaqatalada fındıq oğruları saxlanılıb

Zaqatalada fındıq oğruları saxlanılıb
  20 Oktyabr 2018    Oxunub:3046
Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az-a verilən xəbərə görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub S.Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti