26 kq narkotik dövriyyədən çıxarılıb

26 kq narkotik dövriyyədən çıxarılıb
  20 Oktyabr 2018    Oxunub:3919
Daxili işlər orqanları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, oktyabrın 19-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 27 kiloqrama yaxın narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elman Həsənovun evindən çəkisi 25 kiloqram 882 qram marixuana aşkar edilərək götürülüb.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti