Minaya düşən Azadın vəziyyəti orta-ağırdır

Minaya düşən Azadın vəziyyəti orta-ağırdır
  20 Oktyabr 2018    Oxunub:3442
Tərtərdə minaya düşən məcburi köçkün Azad Həsənov 20 gündən sonra evə buraxıla bilər. Hələlik stasionar müalicə davam edir.
Bu barədə Azvision.az-a a Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, onun vəziyyəti orta-ağırdır.

"Hazırda müalicələr davam edir. Huşu üstündədir. Normal şəkildə qidalanır. 20 gündən sonra vəziyyətinə yenidən baxılacaq. Əgər müalicələr müsbət nəticə versə, daha tez zamanda buraxıla bilər. Ümumilikdə xəstə həkim nəzarətindədir. Həyati təhlükəsi yoxdur".

Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov oktyabrın 11-də Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Tərtər   Mina   Köçkün   Xəstəxana  





Xəbər lenti