Avtobuslar iki nəfərin ölümünə səbəb oldu

Avtobuslar iki nəfərin ölümünə səbəb oldu
  20 Oktyabr 2018    Oxunub:2893
Oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Anoloji hadisə Sumqayıt şəhərinin Babək küçəsində baş verib. Belə ki, Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti