Qurbanovu bıçaqla hədələyib pulunu aldılar

Qurbanovu bıçaqla hədələyib pulunu aldılar
  20 Oktyabr 2018    Oxunub:3078
Oktyabrın 19-da Masallı şəhəri ərazisində naməlum şəxs Ağcabədi rayon sakini Etibar Qurbanovu bıçaqla hədələyib pulunu və mobil telefonunu alıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Novruzov saxlanılıb, ondan 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti