FHN köməksiz qalan 9 nəfəri xilas etdi

FHN köməksiz qalan 9 nəfəri xilas etdi
  21 Oktyabr 2018    Oxunub:2985
FHN gün ərzində köməksiz vəziyyətdə qalan bir neçə nəfəri xilas edib.
Azvision.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Digər hadisə Mingəçevir şəhərində qeydə alınıb. Evin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalan bir azyaşlı xilas edilib.

Bundan əlavə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Bakı şəhərinin Nərimanov rayonunda isə FHN əməkdaşları liftdə qalan 2 azyaşlını çıxarıb.

Gün ərzində, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti