Bakıda və Xaçmazda maşın yanıb

  21 Oktyabr 2018    Oxunub : 1843
Bakıda və Xaçmazda maşın yanıb
Xaçmaz rayonunda "Renault" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Suraxanı rayonunda isə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: FHN