Həftəsonu 220 cinayət törədilib - 44 nəfər tutulub

Həftəsonu 220 cinayət törədilib - 44 nəfər tutulub
  22 Oktyabr 2018    Oxunub:2690
Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən 220 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti