Sarayda avtomobil piyadanı vurub

  22 Oktyabr 2018    Oxunub : 1727
Sarayda avtomobil piyadanı vurub
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az- a verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az

Teqlər: Qəza