Sabunçuda 3 otaqlı ev yanıb

  23 Oktyabr 2018    Oxunub : 1948
Sabunçuda 3 otaqlı ev yanıb
Bakıda yanğın qeydə alınıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 92 m2 sahədə və evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: ETSN   Yanğın