Bakı sakini keçmiş arvadını qətlə yetirib

Bakı sakini keçmiş arvadını qətlə yetirib
  24 Oktyabr 2018    Oxunub:2887
Oktyabrın 23-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, istintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN   Qətl   Cinayət  





Xəbər lenti