Əməkdar artistin maşınından oğurluq edənlər tutuldu

Əməkdar artistin maşınından oğurluq edənlər tutuldu
  24 Oktyabr 2018    Oxunub:3852
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.

Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun “Mercedes” markalı, R.Şahverdiyevin isə “KİA” markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 4 avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti