Traktor “VAZ”la toqquşub, ölən var

Traktor “VAZ”la toqquşub, ölən var
  24 Oktyabr 2018    Oxunub:3873
Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, oktyabrın 23-də saat 19 radələrində Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində şəhər sakini Rövşən Həsənovun idarə etdiyi “Belarus” markalı traktorla Bəyimli qəsəbə sakini Əjdər Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub.

Nəticədə Ə.Əhmədov hadisə yerində ölüb. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti