Qubalılar üçün yeni avtobuslar gətirildi

Qubalılar üçün yeni avtobuslar gətirildi
  24 Oktyabr 2018    Oxunub:3600
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.
Azvision.az xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir. Oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Azvision.az


Teqlər: Quba   Avtobus  





Xəbər lenti