Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda avtomobillə vurulan piyada ölüb
  26 Oktyabr 2018    Oxunub:3075
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də saat 13 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti