Bakıda kassir qadın oğru ilə əlbəyaxa oldu
Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az