Naxçıvana ilk qar yağıb - FOTO
Bildirilib ki, bu hal muxtar respublikanın mövsümi iqlim şəraitinə uyğundur və normal hal sayılır. Bu payız müşahidə olunan ilk qar 2000 metr hündürlükdən yuxarı olan dağlıq ərazilərə yağıb. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan ərazilərdə qar örtüyünün qalınlığı 5 sm , 3000 metr yüksəkliklərdə isə 20 sm olub. 2000 metrdən aşağı olan dağlıq ərazilərə isə sulu qar yağıb. Qar yağışı əsasən Ordubad, Culfa və Şahbuz rayonlarının dağlarında qeydə alınıb.
Azvision.az