54 yaşlı keçmiş məhkum yanaraq ölüb

54 yaşlı keçmiş məhkum yanaraq ölüb
  30 Oktyabr 2018    Oxunub:2691
Qusarda keçmiş məhkumun yanmış meyiti aşkarlanıb.
Hadisə rayonun Qayakənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Mahmudov Bəhram Bəgəli oğlunun meyiti yaşadığı evdən tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş, tüfeyli həyat tərzi keçirən, içki aludəçisi olan B.Mahmudov özünə məxsus yarımtikilidə tək yaşayırmış. B.Mahmudovun yaşadığı yarımtikilidə bir neçə gün əvvəl yanğın baş verib və o yanğın nəticəsindən ölüb.

Qohumları onun meyitini sol qolu yanmış kəskin iylənmiş vəziyyətdə aşkarlayıb. Meyitin üzərində xəsarət və zorakılıq izləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. (Trend)

Azvision.az



Teqlər: Qusar  



Xəbər lenti