Bakıda sexdən yanmış meyit tapılıb

  30 Oktyabr 2018    Oxunub : 1777
Bakıda sexdən yanmış meyit tapılıb
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: