Oğrular iş başına yaxalandı

Oğrular iş başına yaxalandı
  30 Oktyabr 2018    Oxunub:2265
Polis əməkdaşlarının çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, oktyabrın 29-da saat 16 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti