4 evi yaran keçmiş məhkum saxlanılıb

4 evi yaran keçmiş məhkum saxlanılıb
  30 Oktyabr 2018    Oxunub:2909
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 22-də rayon ərazisindəki evlərin birindən noutbuk, samovar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Zərdab rayon sakini Valeh Həsənov və Kəlbəcər rayon sakini Samir Orucov saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, S.Orucovun ətrafında aparılan tədbirlərlə onun oktyabrın 20-dən 28-dək olan müddtədə daha 3 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti