Türkiyədə "ərə gedən" azərbaycanlı qadının inanılmaz fırıldağı - FOTO
Kocaeli Karamürseldən gəlin gətirən Doğan sevincindən maşının üstünə “Türkiyədə yoxdur, Azrbaycandan aldım” deyə yazdırsa da, sonradan buna peşman olub.
Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova ondan müxtəlif səbəblərlə pul istəməyə başlayıb. Doğan rəsmi nikah söhbətini açdıqda isə həyat yoldaşı xəstələndiyini iddia edib və evi tərk edib. Doğan azərbaycanlı xanıma bu günə qədər 60 min lirə xərcləyib.
Həyat yoldaşının yoxa çıxdığını görən kişi polisə şikayət edib. Məlum olub ki, dini kəbin kəsdirdiyi xanım 10 ildir başqası ilə evlidir.
Azvision.az
Teqlər: Türkiyə