Qaradağ rayonunda su olmayacaq

Qaradağ rayonunda su olmayacaq
  31 Oktyabr 2018    Oxunub:2754
Bakının Qaradağ rayonunda su olmayacaq.
“Azərsu” ASC-dən Azvision.az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az



Teqlər: Qaradağ   Azərsu  





Xəbər lenti