Oğrular iş başında yaxalandı

Oğrular iş başında yaxalandı
  01 Noyabr 2018    Oxunub:2893
Polis əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, oktyabrın 31-də Hacıqabul dəmir yolu stansiyası ərazisindən 9 ədəd rels altlığı, 12 ədəd bərkidici, 298 ədəd bərkidici detal, 8 ədəd bağlayıcı detal və 1 ədəd birləşdiricini oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Orxan Eminov və Qədim Sahibov olduqları müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti