İki qardaşı maşın vurub, biri ölüb

İki qardaşı maşın vurub,  biri ölüb
  01 Noyabr 2018    Oxunub:4010
Oktyabrın 31-də saat 20 radələrində Kəpəz rayonunun Nizami prospektində Gəncə şəhər sakini Arzu Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerliləri İslam Allahverdiyevi və qardaşı Amini vurub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, nəticədə İ.Allahverdiyev hadisə yerində ölüb, Amin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  



Xəbər lenti