Evdən oğurluq edən dəstə ələ keçdi

Evdən oğurluq edən dəstə ələ keçdi
  01 Noyabr 2018    Oxunub:3550
Lənkəran rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elvin Cəbrayılov, Şəhriyar Şükriyev və əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  



Xəbər lenti