Yasamalda evdən meyit tapılıb

  02 Noyabr 2018    Oxunub : 2236
Yasamalda evdən meyit tapılıb
Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Domnin Anatoli Nikolayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN