Şamaxıda ağır qəza - Ölənlər var

Şamaxıda ağır qəza -  Ölənlər var
  03 Noyabr 2018    Oxunub:3107
Şamaxı rayonu ərazisində “Shacman” markalı yük avtomobili VAZ markalı minik avtomobili ilə toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Çöl Göylər kəndində baş verib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər:





Xəbər lenti