Şamaxıda ər və arvad qəzada ölüb

Şamaxıda ər və arvad qəzada ölüb
  03 Noyabr 2018    Oxunub:3467
Noyabrın 2-də saat 17 radələrində Şamaxı rayonunun Padarçol kəndi ərazisində rayon sakini Gülbaba Zülfüqarovun idarə etdiyi “VAZ-2106” və Salyan rayon sakini Habil Soltanovun idarə etdiyi “Dong-Feng” markalı yük avtomobili toqquşub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə G.Zülfüqarov və sərnişini, arvadı Tamam hadisə yerində ölüblər. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti