Bakıda cibgirlik edən qadın tutulub

Bakıda cibgirlik edən qadın tutulub
  03 Noyabr 2018    Oxunub:2759
Bakıda oğurluq edən qadın saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 28-də Bakı şəhər sakini Y.Ağahüseynovun cibindən 120 manat pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Abdullayeva saxlanılıb.

Azvision.az


Teqlər: Qadın   Oğurluq   DİN  





Xəbər lenti