İki nəfərdən tüfəng götürülüb

İki nəfərdən tüfəng götürülüb
  03 Noyabr 2018    Oxunub:3178
Biləsuvar və Saatlı rayon sakinlərindən tüfəng götürülüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bağbanlar kənd sakini Habil Şahbazovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 24 ədəd patron götürülüb.

Həmçinin Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qara Nuru kənd sakini Kamil Fətullayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Azvision.az



Teqlər: Biləsuvar   Tüfəng  





Xəbər lenti