Bakıda 3 evdən oğurluq edən dəstə ələ keçdi

Bakıda 3 evdən oğurluq edən dəstə ələ keçdi
  03 Noyabr 2018    Oxunub:3344
Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
DİN-dən Azvision.az-a veriln xəbərə görə, araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb.

Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti