8 uşağı ilə evdən qovulan 71 yaşlı kişi: “Keçmiş arvadımdan qorxuram”

8 uşağı ilə evdən qovulan 71 yaşlı kişi:  “Keçmiş arvadımdan qorxuram”
  03 Noyabr 2018    Oxunub:4098
71 yaşlı Cavad Cavadov Şəmkir rayon sakinidir. 8 uşaq atası olan kişi 1973-cü il təvəllüdlü Elmira Cavadova ilə evlidir. Bu, onun ikinci evliliyidir. Keçmiş həyat yoldaşı tərəfindən yaşadığı evdən qovulan C.Cavadov hazırda 8 uşağı və xanımı ilə birlikdə çarəsiz durumda qalıb.
Üzləşdiyi problem barədə Azvision.az-a danışan Şəmkir sakini hazırda yaşamağa yer tapa bilmədiyini deyib.

“Səkkiz uşaq atasıyam. Uşaqlar da çox balacadırlar. Ailəmlə birlikdə yaşamağa yer tapmıram. Çünki qeydiyyatda olduğum və əvvəllər yaşadığım ana mülküm birinci həyat yoldaşımın adınadır. Ondan ayrılandan və ikinci dəfə Elmira xanımla evlənəndən sonra birinci arvadımla münasibətim pisləşib. Aramızda konfilikt yaşanıb. Buna görə də məni öz doğma ana mülkümə yaxın buraxmır. Evimə gedən kimi polis çağırır ki, Cavad məni öldürməyə gəlib. Onun şərindən qorxuram. Balalarımla çöllərdə qalmışıq".

180 manat pensiya aldığını deyən C.Cavadov kirayə mənzil tutmağa imkanının olmadığını söyləyib.

“Nə edəcəyimi bilmirəm. Başımı itirmişəm. Hazırda iş Şəmkir Rayon Məhkəməsindədir. Birinci həyat yoldaşım elə qadındır ki, hamını pulla ələ almağı bacarır. Qalmışam belə. 180 manat pensiya alıram. Bu pulla necə ailə dolandırım, necə kirayə ev tutum? Özüm də işləmirəm. Təsəvvür edin, ailəmlə birgə harada yer tapdıq, orada gecələyirik”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəmkir   Uşaq   Ailə  





Xəbər lenti