Çaylarda sululuq artacaq - Xəbərdarlıq

Çaylarda sululuq artacaq -  Xəbərdarlıq
  04 Noyabr 2018    Oxunub:2946
Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, noyabrın 5-i axşamdan noyabrın 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda, xüsusən də Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı ehtimal olunur.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti