Bakıda biznes mərkəzdə yanğın olub

Bakıda biznes mərkəzdə yanğın olub
  04 Noyabr 2018    Oxunub:2544
Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb.
FHN-dən Azvision.az-a verilən məlumata əsasən, altımərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti