Mingəçevirdə ev, Sumqayıtda maşın yanıb

Mingəçevirdə ev, Sumqayıtda maşın yanıb
  05 Noyabr 2018    Oxunub:2283
Mingəçevirdə yanğın qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin mətbəxində mətbəx əşyaları və pəncərə çərçivəsi 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qida batareyası qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti