Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub

 Həftəsonu 237 cinayət törədilib -  53 nəfər tutulub
  05 Noyabr 2018    Oxunub:2783
Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 237 cinayət faktı qeydə alınıb, onların da 40-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.


Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti