Cibgirlik edən keçmiş məhkum saxlanılıb

Cibgirlik edən keçmiş məhkum saxlanılıb
  05 Noyabr 2018    Oxunub:2664
Noyabrın 4-də Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti