Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  06 Noyabr 2018    Oxunub:3055
Paytaxtda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti