Əsgərovdan hədə-qorxu ilə pul tələb etdilər

Əsgərovdan hədə-qorxu ilə pul tələb etdilər
  06 Noyabr 2018    Oxunub:3007
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əsgərova hədə-qorxu gəlib pulunu almağa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ələkbər Bulatov və Sahil İsayev saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən xbərə görə, Ə.Bulatovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il oktyabr ayının 19-dan noyabr ayının 5-dək olan müddətdə Bilgəh qəsəbəsi ərazisində bağ evlərinin birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti