Pirallahıda evdən 3 minlik qızıl oğurlanıb

Pirallahıda evdən 3 minlik qızıl oğurlanıb
  06 Noyabr 2018    Oxunub:3018
Bakının Pirallahı rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əsgər Eyvazov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti