“Deportasiya. 1948-ci ilin soyuq qışı” adlı sənədli film hazırlanıb
O, bildirib ki, ssenarisi arxiv sənədləri əsasında yazılan film azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən köçürülməsi tarixinə işıq salmaq üçün hazırlanıb. Filmdə o illərdə köçürülən insasnların çəkdiyi əzab-əziyyət, sovet rəhbərlərinin xalqın taleyinə biganəliyi xüsusi qabardılıb.
“Deportasiya” azərbaycanlıların öz dədə-baba yurdlarından zorla köçürülməsinin əsil səbəblərini ortaya qoyur, köçürülmə prosesinin özü barədə tarixi fotolar, kino-xronika və qəzet materialları əsasında tamaşaçını ətraflı məlumatlandırır. Tarixçi alimin, köçürülmə prosesinin şahidlərinin danışıqları ilə arxiv sənədləri bir qədər də dolğunlaşdırılır.
Filmin ssenari müəllifi Müsəllim Həsənovdur.
İctimai Televizya və Radio Yayımları Şirkətinin bazasında hazırlanan “Deportasiya. 1948-ci ilin soyuq qışı” filmi yaxın vaxtlarda bu kanalda tamaşaçılara təqdim olunacaq.
Teqlər: