Bakıda daha bir piyada ölümü

Bakıda daha bir piyada ölümü
  06 Noyabr 2018    Oxunub:3776
Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Biləcəri qəsəbə sakini vurulub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti