Bakıda "Ford", Hacıqabulda "QAZ" yanıb

Bakıda "Ford", Hacıqabulda "QAZ" yanıb
  07 Noyabr 2018    Oxunub:3120
Hacıqabul rayonunda "QAZ" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda “Ford“ markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti