DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az-a verilən məlumata görə, noyabrın 5-də Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.
Həmin gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Azər Hüseynov da saxlanılıb. Şəxsi axtarış zamanı onun sellofan torbada gizlətdiyi, çəkisi 470 qram olan marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Azvision.az