Beyləqanda top mərmisi tapılıb - FOTO

Beyləqanda top mərmisi tapılıb -  FOTO
  08 Noyabr 2018    Oxunub:3402
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Top mərmisinin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az


Teqlər: Beyləqan   Mərmi   ANAMA  





Xəbər lenti